Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisində fasilələr gözlənilir.
"Azərişıq" ASC-dən Oxu.Az-a verilən məlumata görə, iyunun 24-də Yasamal RETSİ ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq.
Bu səbəbdən saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri və Azərbaycan prospektinin bir hissəsində elektrik təchizatı məhdudlaşdırılacaq.
Eyni tarixdə Nizami RETSİ ərazisində də təmir-təftiş işləri aparılacaq. Fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.
Təmir başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.












