Bakıda tramvay xəttinin çəkilməsi ilə bağlı maraqlı detallar açıqlanıb.
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib ki, 2025-2030-cu il dövlət proqramında tramvayla bağlı xüsusi maddələr var.
İlkin olaraq Mehdiabad ərazisindən şəhər mərkəzinə qədər bir neçə alternativ variant müzakirə olunur. Məqsəd tramvayı metro və avtobusla birləşdirən vasitəyə çevirməkdir.












