Bond.az White LogoBond.az Black Logo

Köhnə avtobuslar yenilənəcək

Bakıda köhnə avtobusların yenilənməsi, 2030-cu ilə qədər 2800 avtobus hədəfi və sərnişin sıxlığının azaldılması ilə bağlı AYNA sədri Anar Rzayevin açıqlamaları.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

2022-ci ildə apardığımız hesablamalar bəzi marşrutlarda yüklənmə səviyyəsinin 110-115% olduğunu göstərirdi. Hazırda bu göstərici təxminən 90%-ə enib. Bizim əsas hədəfimiz isə sərnişin sıxlığını 70%-ə çatdırmaqdır ki, bu da beynəlxalq praktikada "psixoloji rahatlıq həddi" hesab olunur.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Agentlik rəhbəri 2022-ci ildən tətbiq edilən mobillik proqramının nəticələrini rəqəmlərlə diqqətə çatdırıb:

Avtobusların sayı: 2022-ci ildə xəttə çıxan 1 720 avtobusun sayı hazırda 2 350-yə çatdırılıb.

Keyfiyyət dəyişikliyi: Müasir avtobusların sayı 550-dən 1 100-ə yüksəlib.

Köhnə nəqliyyat vasitələri: Paytaxtda hələ də 1 000-ə yaxın köhnə avtobus fəaliyyət göstərir və onların mərhələli şəkildə əvəzlənməsi davam edir.

Anar Rzayev Bakıda ictimai nəqliyyatın optimal fəaliyyəti üçün ümumilikdə 2 800-2 900 avtobusa ehtiyac olduğunu vurğulayıb:

"Plan üzrə 2030-cu ilə qədər xəttə çıxan avtobusların sayını 2 800-ə çatdıracağıq. Bu isə qarşıdakı illərdə şəhərə təxminən 1 500 yeni avtobusun gətirilməsi deməkdir ki, bu proses dövlət proqramında da öz əksini tapıb".

İntervalların qorunmasının birbaşa hərəkət şəraitindən asılı olduğunu qeyd edən AYNA sədri avtobus zolaqlarının əhəmiyyətinə toxunub:

"Avtobus zolaqları şəbəkəsi sayəsində nəqliyyat vasitələrinin orta sürəti 17 km/saatdan 21-22 km/saata yüksəlib. Bu artım intervalların qorunmasına müsbət təsir göstərir. Artıq sərnişinlər "AYNA MaaS" tətbiqi vasitəsilə avtobusların hərəkətini GPS üzərindən canlı izləyə bilirlər".

Sonda sürücülərə müraciət edən Anar Rzayev Gəncə şəhərini nümunə göstərib. O qeyd edib ki, digər avtomobillər avtobusların hərəkətinə mane olmadıqda intervalların qorunması daha stabil şəkildə təmin edilir.

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...