Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Məhdudiyyət Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissədə tətbiq ediləcək. Sürücülərdən müvəqqəti yol nişanlarına və qaydalara riayət etmələri xahiş olunur.












