"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Öncəki buraxılışlarda Azadlıq prospektindən Nəcəf Nərimanov küçəsi istiqamətində hərəkət zamanı sürücülərin üzləşdiyi problem qeyd olunmuşdu. Bildirilmişdi ki, avtomobillərin avtobus zolağına daxil olmasına icazə verilməməsi çətinlik yaradır.
İrad və təkliflər aidiyyəti qurum tərəfindən nəzərə alınıb. Sürücülərin rahat dönüşü üçün kəsişməyə yaxın 1.11 nişanlanma xətti çəkilib.
Qeyd olunub ki, bəzi sürücülər əvvəlki xətlənməyə uyğun hərəkət etsələr də, dəyişiklik hərəkətin təhlükəsiz təşkilinə və rahat manevrlərə şərait yaradır.












