Hazırda Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Ekspertlər bildirir ki, küləyin sürəti gecəyə doğru zəifləyəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülşad Məmmədova deyib: "Gecə saatlarında küləyin sürəti azalacaq, sabah gün ərzində isə mülayim cənub-şərq küləyi əsəcək."
Dəyişkən hava şəraiti ilə bağlı vətəndaşlara ehtiyatlı olmaq tövsiyə olunur.












