Bakının Xətai rayonunda səkinin ensiz olması piyadaları çətin vəziyyətə salıb.
Ensiz səki piyadaların hərəkətinə mane olur. Onlar məcburən avtomobil yoluna çıxırlar. Bu isə həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, səkinin ensiz olmasına səbəb oradakı obyektin səkini zəbt etməsidir.
İcra hakimiyyəti məsələni yenidən araşdıracağını və müvafiq tədbirlər görəcəyini bildirib.












