Hava limanı yolunda piyadalar üçün nəzərdə tutulan yerüstü keçiddə antisanitar vəziyyət hökm sürür.
Keçiddən istifadə edən sakinlərin əksəriyyəti qida və içki qalıqlarını, həmçinin müxtəlif tullantıları birbaşa əraziyə atırlar. Zibil qutularının olmasına baxmayaraq, tullantılar yerə atılır.
Sakinlər Baku TV-ə bildiriblər: "Camaatın məsuliyyətsizliyindən bu vəziyyət yaranıb. Zibil qutuları var, amma tullantıları içinə atmırlar. Digər keçid təmizdir, bura isə baxan yoxdur."











