Bakıda yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində növbəti layihəyə start verilir.
AYNA paytaxt ərazisində tumba və məhəccərlərin hazırlanaraq quraşdırılmasını həyata keçirəcək. Layihənin dəyəri 1 milyon 224 min manatdır.
Şəhərin müxtəlif ərazilərində 2 900 ədəd tumba və 1 100 poqonometr metal məhəccər quraşdırılacaq. Tumbalar avtomobillərin səkilərə çıxmasının qarşısını alacaq, məhəccərlər isə piyadaların təhlükəsiz hərəkətini təmin edəcək.
Bu işlər paytaxtda yol infrastrukturunun təkmilləşdirilməsinə, piyadaların təhlükəsizliyinin gücləndirilməsinə və nəqliyyatın daha nizamlı təşkilinə töhfə verəcək.











