Bond.az White LogoBond.az Black Logo

Bakıda professor kliniki ölüm keçirdi

Bakıda professor Hikmət Əlizadə iş yerində ürək tutması keçirib, kliniki ölüm yaşayıb. Təcili əməliyyat uğurla başa çatıb, vəziyyəti stabildir.

Fuad İbrahimov
Müəllif:Fuad İbrahimov- Senior Editor
|
0

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb.

Oxu.Az-ın məlumatına görə, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciət edib.

Təcili tibbi yardım avtomobilində pasiyentin döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub. Hospitala çatdırılarkən xəstənin ürəyi dayanıb. Dərhal təxirəsalınmaz tibbi tədbirlərə başlanılıb və 20-30 dəqiqə ərzində ürək masajı aparılıb. Məlumata görə, H.Əlizadə həmin müddətdə kliniki ölüm keçiribmiş.

Pasiyent dərhal angioqrafiya otağına aparılıb. Müayinə zamanı ürək damarlarında tıxanma aşkar edilib. Mərkəzi Gömrük Hospitalının invaziv kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlunun həyata keçirdiyi təcili əməliyyat uğurla başa çatıb. Nəticədə ürək damarlarının keçiriciliyi bərpa olunub.

Məlumata əsasən, müdaxilə nəticəsində pasiyentin nə beynində, nə də ürəyində hər hansı zədələnmə qeydə alınmayıb. Hazırda Hikmət Əlizadənin vəziyyəti stabildir. Onun bu gün evə buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, Hikmət Əlizadə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədridir.

Digər Xəbərlər
Bu gün / 10:36
|
466

AzTV məşhur emalatxanasını bağladı

AzTV "Sabah" Eksperimental Yaradıcılıq Emalatxanası bağlandı. 1993-cü ildən fəaliyyət göstərən emalatxana televiziya tamaşaları və filmlər istehsal edirdi.

0
Bu gün / 10:32
|
959

Füzulidə şəhid Rafiq Cəfərov dəfn edildi

Füzulidə Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rafiq Cəfərovun nəşi tapılaraq dəfn edildi.

0
Bu gün / 10:01
|
204

Keçid ballarının fərqi ilə bağlı ARTİ açıqlama yayıb

ARTİ Respublika Fənn Müsabiqələrində keçid ballarının müxtəlif olmasının səbəblərini açıqlayıb. Məqsəd ən yüksək nəticə göstərənləri seçməkdir.

0
Bu gün / 09:17
|
239

Cəbrayılda qadın və uşaqlara tibbi dəstək aksiyası

Cəbrayılda Səhiyyə Nazirliyinin tibbi aksiyası: 120 nəfər müayinə olundu, qadın və uşaqlar üçün konsultativ xidmətlər göstərildi.

0
Bu gün / 09:15
|
268

WUF13 könüllüləri üçün ictimai nəqliyyat pulsuz

WUF13 könüllüləri Bakıda ictimai nəqliyyatdan pulsuz faydalanacaq. Forum çərçivəsində xüsusi avtobuslar da ödənişsiz olacaq.

0
Bu gün / 09:02
|
758

Binəqədidə yeni sektor müdiri təyinatı

Binəqədi Rayon İcra Hakimiyyətində yeni sektor müdiri Vüsal Əliyev təyin edilib.

0
Bu gün / 08:34
|
347

ASAN xidmət geyimlərinə 1.7 milyon manat

ASAN xidmət əməkdaşları üçün 1.7 milyon manatlıq geyim tenderi elan olunub. Detallar məqalədə.

0
Bu gün / 08:31
|
768

Sabah yağış yağacaq - 16 May

16 may 2026-cı il üçün Azərbaycanda hava proqnozu: Bakı, Abşeron və bölgələrdə yağış, şimşək və dolu gözlənilir. Hava şəraiti ilə bağlı detallar.

0
Bu gün / 07:45
|
723

WUF13 üçün tibbi təminat işləri açıqlandı

Səhiyyə Nazirliyi WUF13 üçün tibbi təminat işlərini açıqladı. Bakıda keçiriləcək forumda tibb müəssisələri, avadanlıq və heyət hazırlığı təmin edilib.

0
Bu gün / 07:35
|
493

II Dövlət Proqramının layihəsi müzakirə mərhələsindədir

II Dövlət Proqramının layihəsi müzakirə mərhələsindədir. Dövlətxan Dövlətxanov Bakı Şəhərsalma Həftəsində bu barədə məlumat verib.

0
Bu gün / 07:34
|
295

Bakıda 4 tibb müəssisəsi gücləndirilmiş rejimdə

Bakıda WUF13 forumu ilə əlaqədar 4 tibb müəssisəsi gücləndirilmiş rejimdə çalışacaq. Təcili yardım, çarpayı fondu və təlimlər haqqında ətraflı.

0
Bu gün / 07:31
|
434

AZAL Bakı-Dubay reysləri bərpa edildi

AZAL Bakı-Dubay reyslərini bərpa etdi. Həftənin bütün günləri uçuşlar icra olunacaq. Ətraflı məlumat üçün oxuyun.

0
...