Bakıda qeyri-adi avtomobil hadisəsi baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə "Toyota Prius" markalı avtomobilin yaşayış binasının qarşısındakı pilləkənlər üzərində qaldığı görünür.
Hadisə paytaxtdakı yaşayış binalarından birinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, sürücü avtomobili səkidən endirmək istəyərkən nəqliyyat vasitəsi pilləkənlərdə ilişərək hərəkətsiz qalıb.












