Bakıda 175 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi mayın 14-də pəncərədən yıxılıb. Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb. Şagirdə ilkin yardım göstərilib və xəstəxanaya aparılıb.
Valideynlərə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb, araşdırmalara başlanılıb.
BŞTİ ictimaiyyətdən hadisəyə həssas yanaşmağı və rəsmi məlumatlara istinad etməyi xahiş edir.












