Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci kilometrliyində bərpa işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, rahat nəqliyyatın təmin olunması üçün müvəqqəti alternativ yol çəkilir.
Daha sonra sel sularının zədələdiyi suötürücü qurğu söküləcək.
Eyni zamanda, yeni körpünün layihələndirilməsi işləri aparılacaq.
Bərpa işləri Prezidentin sərəncamı əsasında həyata keçirilir.












