Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hazırda aşağıdakı küçələrdə tıxac var:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqaməti.
2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəzə.
3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospektinə qədər.
4. Tbilisi prospekti, "20 Yanvar" metrodan mərkəzə.
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrosu istiqaməti.
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsindən "20 Yanvar"a.
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospektinə.
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospektinə.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.












