Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda sıxlıq olan yerlər:
- Ziya Bünyadov prospekti (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospektinə qədər);
- Tbilisi prospekti (20 Yanvar metrodan mərkəz istiqamətində);
- Bakı-Sumqayıt şosesi (20 Yanvar metrostansiyası istiqamətində);
- Üzeyir Hacıbəyli küçəsi (Azadlıq prospekti ilə kəsişməyə qədər);
- 1-ci Göl kənarı yolu (Ziya Bünyadov prospekti istiqamətində).












