Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır. Bütün məktəblərdə "Son zəng" çalınır.
Oxu.Az xəbər verir ki, bu il 116 550 şagird məzun olur. Onlardan 55 954-ü qız, 60 596-sı oğlandır.
İşğaldan azad edilmiş ərazilərdə 25 məktəbdə də "Son zəng" keçirilir. 171 məzun məktəblə vidalaşır.
2015-ci ildən "Son zəng" iyunun 14-də keçirilir. Bu il həmin tarix bazar gününə düşdüyü üçün tədbir iyunun 13-də baş tutub.
Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirilir.












