Bond.az White LogoBond.az Black Logo

Bakıda TDT QHT-lərinin II Həmrəylik Forumu keçirildi

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirildi. 8 ölkədən nümayəndələr iştirak etdi.

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbir "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə baş tutub.

Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2025-ci il noyabrın 23-26-da Bakı və Naxçıvanda keçirilib. Tədbirdə təşkilatın tarixinə 2009-cu ildə "Naxçıvan Sazişi" ilə düşmüş, qurum üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis edilib. Platformaya rəhbərlik TDT-nin hazırkı sədri kimi Azərbaycana həvalə edilib. Həmin forumda həmçinin Naxçıvanda "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri də təşkil edilib.

Müzakirələrdə 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fikir mübadiləsi aparıblar.

TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq forumları da gerçəkləşdiriləcək.

Ötən dövrdə - 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Bu forumlar Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir.

Qeyd edək ki, son altı ayda artıq ikinci dəfədir TDT-yə üzv ölkələrin QHT-ləri Azərbaycanda toplaşır.

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...