Bakının Rəşid Behbudov küçəsindəki velosiped zolağının vəziyyəti narazılıq doğurub.
Oxu.Az-a müraciət edən vətəndaş bildirib ki, AYNA tərəfindən çəkilən ikitərəfli zolaq indi birtərəfli və ensiz hala gətirilib. Bu isə qəza riskini artırır.
Vətəndaş AYNA-ya müraciət etsə də, cavab ala bilməyib. O, təhlükəsiz velosiped infrastrukturunun vacibliyini vurğulayır.
Oxu.Az məsələ ilə bağlı sorğu ünvanlayıb.












