Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. FHN qüvvələri operativ müdaxilə edərək alovun yayılmasının qarşısını alıb.
Hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb. Yanğın nəticəsində binanın şaxtasındakı elektrik kabelləri, damdakı havalandırma qurğusunun mühərriki və ətrafdakı taxta qırıntıları yanıb.
Sakinlər təhlükəsiz əraziyə təxliyə edilib. Xəsarət alan olmayıb.











