Azərbaycan Hava Yolları (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edib. Əlverişsiz hava şəraitinə görə müvəqqəti dayandırılan reyslər yenidən işə başlayıb.
AZAL-dan verilən məlumata görə, hazırda bu istiqamətdə uçuşlar plan üzrə həyata keçirilir. Şirkət hava şəraitini izləyir və təhlükəsizlik üçün lazımi qərarlar alır.












