İyulun 1-dən etibarən "BakıKart" kartlarının satış qiyməti 2 manatdan 3 manata qaldırılacaq.
Bu barədə "BakıKart"dan məlumat verilib.
Qeyd edilib ki, kartlar 2015-ci ildən istifadəyə verilib və həmin vaxtdan qiymətə dəyişiklik edilməyib:
"Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərindəki artımlar səbəbindən qiymətə yenidən baxılıb.
Bu müddətdə NFC, QR və bank kartları ilə ödəniş imkanları əlavə edilib, rəqəmsal xidmətlər genişləndirilib.
Dəyişiklik yalnız yeni kartların satış qiymətinə aiddir.
Gediş haqlarında və kart balanslarında dəyişiklik yoxdur".












