Sabah paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 5 iyun saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.












