Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iyunun 26-sı səhər saatlarından Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işləri aparılacağını bildirib.
Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.












