Sosial şəbəkələrdə Baş Şirvan kollektorunda timsahların üzməsi ilə bağlı yayılan videoların saxta olduğu üzə çıxıb.
Baku TV-nin araşdırmasına görə, görüntülər süni intellektlə hazırlanıb və ya başqa ölkələrə aiddir.
Yerli balıqçılar illərdir ərazidə olduqlarını, heç vaxt timsaha rast gəlmədiklərini deyirlər. Onlar videoların inandırıcı olmadığını vurğulayıblar.












