Mayın 28-də ölkədə hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19°, gündüz 25-30° olacaq. Atmosfer təzyiqi 762 mm-dən 757 mm-ə enəcək. Nisbi rütubət 60-70% təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 16-21°, bəzi yerlərdə 23-26° olacaq.
Qeyd edək ki, sabah Qurban bayramı və 28 May - Müstəqillik Günüdür.












