Bərdə rayonunda iki avtomobilin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
Qəza Bəhrəmtəpə-Mingəçevir yolunun Bəcirəvan kəndi ərazisində baş verib. VAZ-2115 və Mercedes markalı avtomobillər toqquşub, Mercedes kanala düşüb.
Yaralılar arasında uşaqlar da var. Onlar Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.












