İyunun 15-i üçün hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı ərazilərində səhər saatlarında yağışın intensivləşəcəyi ehtimalı var. Külək mülayim şimal-qərb istiqamətindən əsəcək.
Havanın temperaturu gecə 18-21°, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm-ə yüksələcək, nisbi rütubət 65-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, şimşək çaxması, dolu düşməsi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağışın güclənəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21°, gündüz 28-32°, dağlarda gecə 9-14°, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.












