İyunun 27-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti bildirir ki, Azərbaycanın bəzi yerlərində şimşək çaxır, yağış yağır və leysan xarakterlidir.
Ən çox yağıntı Sarıbaşda (Qax) qeydə alınıb - 54 mm (aylıq normanın 30%).
Kəlbəcərdə 26 mm, Şəki, Mingəçevir, Şahbuzda 9 mm, Zaqatala, Altıağac, Qusar (Laza), Şahdağda 7 mm yağıb.
Bakıda və Abşeronda səhərdən yağış yağır, bəzi yerlərdə lokal leysan müşahidə edilir.












