Bakı sakininin müraciətinə əsasən, 2007-ci ildə Binəqədi rayonunda yerləşən obyekt alınıb. Lakin yol təmir işləri səbəbindən giriş-çıxış çətinləşib.
Vətəndaş obyekti öz hesabına təmir etmək istəsə də, icazə verilməyib. O, yol səviyyəsinin qaldırıldığını və obyektin yararsız hala düşdüyünü bildirir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə qeyd edir ki, müraciətə baxılıb, lakin sənədlər tam təqdim olunmayıb.












