BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) çıxış edib.
O bildirib ki, son günlər Azərbaycanda müşahidə olunan intensiv yağıntılar ölkənin ekstremal hava hadisələrinə hazırlığını nümayiş etdirib.
“Yağıntının həcmi normadan xeyli artıq idi. Buna baxmayaraq, forumun ev sahibi olan Azərbaycan bu vəziyyətlə necə mübarizə apardığının şahidi olduq”, - deyə Rossbax qeyd edib.
O, həmçinin dünyada bir milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışının olmadığını vurğulayıb.












