Böyük Qayıdış davam edir. Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Oxu.Az "Report"a istinadən bildirir ki, 17 ailə (65 nəfər) Xocavənddə daimi yaşayışa başlayıb.
Köçənlər ölkənin müxtəlif yerlərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti qalmış ailələrdir.
İndiyədək Xocavənd şəhərinə köçürülən ailələrin sayı 348-ə (1354 nəfər) çatıb.












