Bond.az White LogoBond.az Black Logo

Bu gün I və IV qrup imtahanı keçirilir

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir. İmtahan saat 10:00-da başlayır. 51 690 abituriyent iştirak edəcək.

Nərmin Vəliyeva
Müəllif:Nərmin Vəliyeva- Senior Editor
|
0

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 212 imtahan binası, 3 803 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 212 ümumi imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4 716 nəzarətçi, 673 buraxılış rejimi əməkdaşı, 212 bina nümayəndəsi cəlb olunub.

İmtahanda I ixtisas qrupu üzrə 33 986, IV ixtisas qrupu üzrə 6 518, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 11 186 nəfər olmaqla, ümumilikdə 51 690 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Digər Xəbərlər
Bu gün / 12:31
|
629

Şəhid atası: "Oğlumu torpaq altında təsəvvür edə bilmirəm"

Şəhid Tural Şıxızadə III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edildi. Atası oğlunu torpaq altında təsəvvür edə bilmədiyi üçün məzarına getmir.

0
Bu gün / 12:30
|
946

Şabran sakini qazıntı işlərindən şikayətçidir

Şabran sakini Asif Əliyev evi yaxınlığında qazıntı işlərinə etiraz edir. Tikinti səbəbindən evdə çatlar, ağaclara ziyan dəydiyini iddia edir.

0
Bu gün / 11:31
|
941

Bakıda gəncin boğazı kəsildi, hotelə gəlib

Bakının Nərimanov rayonunda gənc oğlan boğazı kəsilmiş halda hotelə gələrək kömək istəyib. Hadisənin təfərrüatları araşdırılır.

0
Bu gün / 10:32
|
622

Çin avtomobillərinə servis problemi

Azərbaycanda Çin avtomobillərinə satış sonrası xidmət problemi: fərdi idxal olunan maşınlar rəsmi servislərdə təmir olunmur. Ekspertlər səbəbləri izah edir.

0
Bu gün / 10:31
|
455

AZAL Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB

AZAL iyunun 27-də Bakı-Naxçıvan reyslərini ildırımlı hava səbəbindən ləğv edib. Təhlükəsizlik ön plandadır.

0
Bu gün / 10:01
|
967

Burun tutulması nəyə işarədir?

Uzunmüddətli burun tutulması nəyə işarədir? LOR xəstəlikləri haqqında "Baku Med" verilişində otolarinqoloq Elnarə Əkbərova ilə söhbət.

0
Bu gün / 09:01
|
951

28 iyun hava proqnozu açıqlanıb

28 iyun 2026-cı il üçün hava proqnozu: Bakı, Abşeron və rayonlarda yağış, şimşək, dolu gözlənilir. Temperatur və rütubət göstəriciləri.

0
Bu gün / 09:00
|
432

Bakıda BMW işıq dirəyinə çırpıldı: yaralı var

Bakıda BMW işıq dirəyinə çırpılıb, Daewoo sürücüsü yaralanıb. Hadisə Nərimanov rayonunda səhər saatlarında baş verib.

0
Bu gün / 08:02
|
625

Binəqədidə yol çökdü, sürücülər təhlükədə

Binəqədidə yol çökməsi sürücülər üçün təhlükə yaradır. S.S.Axundov küçəsində asfalt çöküb, xəbərdarlıq nişanı yoxdur.

0
Bu gün / 07:02
|
843

Bakıda fəlsəfə doktoru vəfat etdi

Riyaziyyat üzrə fəlsəfə doktoru Nəbi Mahmudov Bakıda 71 yaşında vəfat edib. O, 83 və 246 saylı məktəb-liseylərdə direktor olub.

0
Bu gün / 07:01
|
484

Bəzi yerlərdə leysan yağır

İyunun 27-də Azərbaycanın bəzi yerlərində leysan yağış yağır. Sarıbaş, Kəlbəcər və digər bölgələrdə yağıntı miqdarı açıqlanıb.

0
Bu gün / 06:30
|
648

Yağışlı hava: sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib. Gecə və səhər saatlarında görünüş məhdudlaşır, qəza riski artır.

0
...
Bu gün I və IV qrup imtahanı keçirilir | Bond.az