Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Burkinafasolu nümayəndə Baçou Bado açıqlama verib.
O, tədbirin təşkilatını yüksək qiymətləndirib: "Hərəkət rahat təşkil olunub, məkan cəlbedici və yaxşı qurulub. Hər şey yüksək səviyyədədir".
Baçou Bado Afrika ölkələrinin müstəmləkəçilikdən əziyyət çəkməsindən danışıb: "İstismarçılar mədəniyyətimizi dağıdıb özlərini zorla qəbul etdirdilər. Nəticədə nə tam onlar, nə də özümüz olduq. Bütün resurslarımızı taladılar. Buna görə də içimizdə böyük qəzəb var".












