Xalq artisti Cavan Zeynallı səhhətində yaranan problemlər səbəbindən efirə qatıla bilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində məlumat verib.
O bildirib ki, sənətçi proqramın qonağı kimi dəvət olunsa da, səhhətindəki narahatlıq üzündən studiyaya gələ bilməyib.
"Anonslarda yəqin ki, görmüsünüz, Cavan Zeynallı verilişimizdə olmalı idi. Özünü nasaz hiss etdiyi üçün gəlmədi. Allah ona şəfa versin. Gələn verilişlərdə Cavan müəllimi burada gözləyirik", - deyə aparıcı qeyd edib.












