Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib.
Ramil Əmənov bu vəzifəyə təyin olunub. O, daha əvvəl tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Ramil Əmənov 2003-cü ildə Gəncə Dövlət Universitetində tarix, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetində magistratura təhsili alıb.
Əmək fəaliyyətinə pedaqoq kimi başlayan Əmənov, sonra müxtəlif dövlət orqanlarında çalışıb.
2025-ci ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əmri ilə direktor müavini təyin edilən Əmənov, 2026-cı ilin yanvarından direktor vəzifəsini icra edir.












