Cəlilabad rayonunun Ocaqlı kənd sakinləri illərdir yolsuzluqdan əziyyət çəkirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər kənddaxili yolların bərbad vəziyyətdə olduğunu bildiriblər.
Yağışlı-qarlı havalarda yollar keçilməz olur, nəqliyyat hərəkəti çətinləşir.
Sakin Firiqə Sadıqova deyir: "Övladlarım Bakıda yaşayır, gəlməyə yol tapmırlar. Mən öləndə haradan aparacaqlar? Nəvələrim məktəbə gedə bilmir, təcili yardım gəlmir."











