Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq" ASC-dən Oxu.Az-a verilən məlumata görə, "Cəlilabad Elektrik Şəbəkəsi" ərazisində 35/10 kV-luq "Cəlayir" yarımstansiyasından qidalanan 35 kV-luq "Ləkin" hava xəttində təmir işləri aparılacaq.
Bu səbəbdən saat 10:00-dan 13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq, Zəhmətabad, Əsədli kəndlərinin bəzi əraziləri gərginliksiz qalacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərə daha keyfiyyətli elektrik enerjisi veriləcək.












