Milli Müdafiə Universitetinin (MMU) tabeliyindəki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib.
Tədbirdə Müdafiə Nazirliyi, universitet və lisey rəhbərliyi, müəllimlər, kursantlar, məzunlar, valideynlər və media təmsilçiləri iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül qoyulub, muzey ziyarət olunub. Daha sonra C.Naxçıvanskinin büstü də ziyarət edilib.
Liseyin Döyüş bayrağı təntənəli şəkildə meydana gətirilib. Şəhidlər bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
MMU-nun rektoru general-mayor Gündüz Əbdülov məzunları təbrik edərək uğurlar arzulayıb. Məzunlara döş nişanı təqdim olunub, rəmzi yaş kötüyünə məzun simvolu vurulub.
Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Sonda orkestrin müşayiəti ilə marş ifa olunub, şəxsi heyət təntənəli marşla keçib.












