Abşeron rayonunda məişət və təkər tullantıları yığılan sahədə yanğın başlayıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Ceyranbatan qəsəbəsində açıq ərazidə yanğın barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.












