İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü rəsmi olaraq açıq elan edilir. Bütün çimərliklər vətəndaşların və turistlərin istifadəsinə verilir.
Təhlükəsiz istirahət üçün FHN-in xilasetmə məntəqələri fəaliyyətə başlayır. Yalnız icazəli çimərliklərdən istifadə edilməsi tövsiyə olunur.
Dəniz suyu nümunələri gigiyena mərkəzinə təqdim edilib. Monitorinq işləri başlanıb.
Çimərliklərdə təmizlik qaydalarına riayət edilməsi vacibdir. Hava şəraiti qeyri-sabit olduqda dənizə girməmək xahiş olunur.
Mövsüm sentyabr ayının ortalarına qədər davam edəcək.











