Bakı-Qazax magistral yolunun 55-ci km-də, Qobustan qəsəbəsində yerləşən ikizolaqlı körpü mayın 15-də çöküb. Təmir işləri 43 gündür başa çatmayıb. Sürücülər kələ-kötür yan yoldan istifadə etmək məcburiyyətindədirlər.
Bəs körpü nə vaxt təmir olunacaq? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə bildirib ki, dayaqlar artıq quraşdırılıb: "Yaxın müddətdə körpünün tam inşa edilib istifadəyə verilməsi planlaşdırılır."












