Sumqayıt şəhəri, Corat qəsəbəsində xilasetmə məntəqəsindən 900 metr aralıda, nəzarətsiz dəniz sahəsində iki nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə dalğıclar cəlb edilib.
Xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Yarıyev xilas edilib, bir qadının isə meyiti tapılaraq çıxarılıb.












