İyunun 6-da axşam Sabunçuda dəhşətli qəza baş verib. Heydər Əliyev prospekti, "Sabunçu" körpüsü yaxınlığında çoxzolaqlı yolu keçən piyada avtomobil vuraraq öldürüb.
DİN NİİM bildirib ki, piyada keçidin yaxınlığında olsa da, yolu təhlükəli şəkildə keçməyə çalışıb. Hadisə nəticəsində o, yerindəcə həlak olub.
Mütəxəssislər xəbərdarlıq edir: piyadalar yalnız keçidlərdən istifadə etməli, sürücülər isə sürət həddinə əməl etməlidir.












