Daşaltı kəndinin inşasına bu il başlanılacaq. Bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Kənd turizm infrastrukturu ilə təchiz ediləcək. İnvestisiyalar özəl sahibkarlar tərəfindən yatırılacaq.
“Çətir şəlaləsi adlanan məkana piyada turizm yolu hazırdır. Hər kəsi bu il oranı ziyarət etməyə dəvət edirik”, - deyə Kərimov bildirib.












