Səhiyyə Nazirliyinin mütəxəssisi Zakir Quliyev dənizə getmək üçün ən təhlükəsiz saatları açıqlayıb.
Mütəxəssis bildirib ki, günün ən təhlükəsiz vaxtı səhər 08:00-11:00 və axşam 16:00-19:00 arasıdır. Saat 11:00-16:00 arasında UV şüaları ən intensivdir və bu saatlarda günvurma riski yüksəkdir.
O, çimərlikdə kölgədə qalmağı, çox maye içməyi, açıq rəngli geyimlər geyinməyi, papaq və gün eynəyi taxmağı tövsiyə edib. Həmçinin, SPF 30+ qoruyucu kremi çimərliyə çıxmadan 20-30 dəqiqə əvvəl çəkmək və hər 2 saatdan bir təzələmək lazımdır.
Uşaqlar, yaşlılar, hamilələr və ürək-damar xəstələri günün ən isti saatlarında günəşdən qaçmalıdır.












