Azərbaycana idxal edilən 9 tondan çox uşaq qidası təhlükəli toksinlər aşkarlandığı üçün ixracatçı ölkələrə geri qaytarılıb.
AQTA sədri Qoşqar Təhməzli bildirib ki, geri qaytarılan məhsulların 2 568 kq-ı Türkiyədən, 2 400 kq-ı Gürcüstandan, 4 435 kq-ı isə İsveçrədən idxal edilib.
Laborator müayinələr zamanı uşaq qidalarında təhlükəli toksinlər aşkarlandığı üçün məhsullar geri qaytarılıb. 100 kq-dan çox uşaq qidası isə məhv edilib.
Bundan başqa, 46 müəssisədən götürülən 78 kolbasa və sosiska nümunəsində uyğunsuzluqlar aşkarlanıb. 10 halda məhsulda at DNT-si tapılıb.
Qoşqar Təhməzli qida təhlükəsizliyində gigiyenik tənzimləmənin önəmli olduğunu vurğulayıb.












