Artıq dövlət xidmətlərindən istifadə etmək üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac qalmayacaq.
Azərbaycan rəqəmsal dövlətə keçidi sürətləndirir. Məqsəd xidmətləri vahid platformada birləşdirib sənəd dövriyyəsini azaltmaqdır.
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında süni intellektin tətbiqi və kibertəhlükəsizlik müzakirə olundu.
Xidmətlər tədricən "myGov" platformasına keçirilir. Vətəndaşlar bir tətbiq vasitəsilə əksər dövlət xidmətlərinə çıxış əldə edəcək.
Proaktiv xidmətlər genişlənir. Məsələn, pensiya avtomatik təyin ediləcək. Doğum müavinəti də əlavə müraciət olmadan ödəniləcək.
Şəxsiyyət sənədlərinin müddəti bitmədən vətəndaşa bildiriş göndəriləcək. Səhiyyə sahəsində isə Tibbi Rəqəmsal Əkiz Sistemi tətbiq olunacaq.
Mütəxəssislər deyir: məqsəd xidmətləri sürətli, şəffaf və əlçatan etməkdir. Gələcəkdə bütün dövlət xidmətləri vahid rəqəmsal ekosistemdə təqdim olunacaq.












