Bond.az White LogoBond.az Black Logo

Elektrikli retro faytonlar bulvarda

Bakı bulvarında elektrik mühərrikli retro faytonlar istifadəyə verildi. Ekoloji təmiz, müasir və nostalji gəzinti təcrübəsi üçün ideal.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

Dənizkənarı Milli Parkda Bakının tarixi ənənələrini müasir yanaşma ilə yaşadan faytonlar ziyarətçilərin istifadəsinə verilib.

Klassik fayton görünüşünü müasir elektrik mühərriki ilə birləşdirən nəqliyyat vasitələri bulvar ərazisində xüsusi tarixi marşrut üzrə hərəkət edir.

Marşrut Dənizkənarı Milli Parkın tarixi və simvolik məkanlarını əhatə etdiyindən ziyarətçilər gəzinti zamanı bulvarın zəngin tarixi və görməli yerləri ilə fərqli rakursdan tanış olmaq imkanı əldə edirlər.

Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, layihə şəhərin tarixi irsini müasir texnologiyalarla uzlaşdıraraq nostalji ab-havanı rahat və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi ilə bir araya gətirməyi hədəfləyir.

Layihə çərçivəsində ixtisaslaşmış bələdçilər yerli sakinlərə və xarici turistlərə Bulvarın tarixi, memarlıq irsi və görməli məkanları barədə ətraflı məlumat təqdim edirlər.

Elektrik mühərrikli faytonların istifadəyə verilməsi Dənizkənarı Milli Parkda göstərilən xidmətlərin genişləndirilməsi, eyni zamanda ekoloji cəhətdən dayanıqlı və müasir şəhər mühitinin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Elektrik mühərrikli faytonla gəzintinin qiyməti 40 manatdır. Bu məbləğə dörd böyük və iki uşaq olmaqla ümumilikdə altı sərnişinin gəzintisi daxildir.

Gəzinti zamanı ziyarətçilərə xüsusi retro qəzet formatında hazırlanmış foto hədiyyə olunur.

Digər Xəbərlər
Bu gün / 14:32
|
521

Məcburi köçkün ailəsi çətin vəziyyətdə: evə ilan-qurbağa girir

Abşeronda məcburi köçkün ailəsi 20 ildir yararsız vaqonda yaşayır, evə ilan-qurbağa girir. Dövlət Komitəsi yeni evlər vəd edir.

0
Bu gün / 14:01
|
807

Masazır və Sarayda qaz kəsiləcək

İyunun 30-da Masazır və Sarayda qaz kəsiləcək. Təmir işləri səbəbindən qaz təchizatı müvəqqəti dayandırılacaq.

0
Bu gün / 13:33
|
378

Sarı xəbərdarlıq: Küləkli hava

Milli Hidrometeorologiya Xidməti iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə küləkli hava ilə bağlı sarı xəbərdarlıq verib.

0
Bu gün / 13:30
|
264

ADY yay qrafikinə keçir, reys sayı artır

ADY yay qrafikinə keçərək reys sayını artırır. Bakı-Qəbələ, Bakı-Ağstafa, Bakı-Balakən marşrutlarında yeniliklər.

0
Bu gün / 13:00
|
773

Səbinə Mehdiyevaya yeni vəzifə

Səbinə Mehdiyeva Bakı Musiqi Kollecinin direktoru təyin edildi. O, əvvəllər Sumqayıt Musiqi Kollecinə rəhbərlik edib.

0
Bu gün / 12:32
|
496

Bakıda yararsız küçələr: sürücülər şikayətlidir

Bakının Nəsimi rayonunda Sübhi Salayev küçəsinin yararsız vəziyyəti sürücülərə çətinlik yaradır. Rəsmi qurumlar məsələyə müdaxilə etmir.

0
Bu gün / 12:31
|
803

Azər Mursaqulov idarə rəisini işdən çıxardı

Azər Mursaqulov Quba Rayon Statistika İdarəsinin rəisi Sahib Məmmədovu vəzifəsindən azad edib. Yeni təyinat hələ olmayıb.

0
Bu gün / 12:30
|
698

İyul ayı üçün hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti iyul ayı üçün hava proqnozunu açıqlayıb. Bakı, Naxçıvan, dağlıq və digər bölgələrdə temperatur və yağıntı gözləntiləri.

0
Bu gün / 12:03
|
570

Bakının mərkəzində söküntü işləri başladı - FOTO

AYNA Təbriz küçəsində söküntü işlərinə başladı. Layihə ilə piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat şəraiti yaxşılaşacaq.

0
Bu gün / 12:01
|
517

Bulvarda skuter düzməyə görə cərimə

Bakıda Bulvar ərazisində küçəyə skuter düzməklə piyadalara maneə törədən sahibkar 150 manat cərimələndi.

0
Bu gün / 12:01
|
355

Məktəblərdə telefon qadağası rəsmiləşdi

Məktəblərdə dərs vaxtı mobil telefon və elektron cihazlardan istifadə rəsmi olaraq qadağan edildi. Yeni qaydalar iyunun 26-dan qüvvədədir.

0
Bu gün / 11:31
|
332

Bakıda "bənövşəyi xətt" yay qrafikinə keçir

İyulun 1-dən Bakı Metropoliteninin "bənövşəyi xətt"i yay qrafikinə keçir: qatarlar 8 dəqiqə intervalla hərəkət edəcək.

0
...