Azərbaycan Milli Konservatoriyasının məzunu Xalid Hacıyev gözdən əlillər üçün musiqi məktəbində işə qəbul olunmadığını iddia edib.
O, apreldə müraciət etdiyi məktəbdə vakansiya olmasına baxmayaraq, işə götürülmədiyini bildirib.
Mədəniyyət Nazirliyi isə cavab olaraq qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqə yolu ilə aparılır. Növbəti imtahan avqustun ilk on günlüyündə keçiriləcək.
Nazirlik vurğulayıb ki, əlillik işə qəbula maneə deyil, lakin hər kəs eyni qaydada müsabiqədən keçməlidir.












