Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və kənd toyuğudur.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli müsahibəsində bildirib.
4 tona yaxın saxta bal aşkarlanıb. Həmçinin qara kürü ilə bağlı saxtakarlıqlar qeydə alınıb.
Agentlik 163 obyektdə saxta spirtli içkilər aşkarlayıb. Kənd toyuğu adı altında rənglənmiş toyuqlar satılır.












